SON XƏBƏRLƏR

İranda həbs edilən 4 bəhai müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.27, 10:45
İranda həbs edilən 4 bəhai müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

Bu barədə İrandakı hüquq müdafiəçilərin oktyabrın 26-da məlumat yayıb.

Məlumatda bildirilir ki, bəhai dininə mənsub olduqları üçün oktyabrın əvvəllərində ETTELAAT əməkdaşları tərəfindən həbs edilən bəhailər Moin Misaqi, Nigarə Qadiri, Hayidə Furutən və onun oğlu Mehran Mosəlla Nejad, oktyabrın 26-da 800 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında məhkəmələrinin keçirilməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılıblar. 

Qeyd edilir ki, ETTELAAT əməkdaşları bəhailəri həbs edərkən onların yaşadığı mənzillərdə axtarış aparıb, onlara məxsus bir sıra şəxsi əşyalar və bəhai dininə məxsus kitablar götürülmüşdü.

Bəhailərin həbs müddətdə ETTELAAT-ın Şiraz şəhərindəki idarəsinin təcridxanasında salanılıb.

Həbs edilən və sonradan müvəqqəti azadlığa buraxılan bəhailərin konkret nədə günahlandırılması barədə məlumat yayılmayıb. 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar