SON XƏBƏRLƏR

İranda həbs edilən və öldürülən etirazçıların sayı açıqlanıb

2022.11.15, 11:44
İranda həbs edilən və öldürülən etirazçıların sayı açıqlanıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı noyabrın 15-ə yaydığı məlumatda 17 sentyabrdan 14 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 52-i uşaq olmaqla 344 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 15820 nəfərin saxlanıldığı, bunlardan 448 nəfərinin öyrənci olduğu və onlardan 1981-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.

Həmçinin bu müddət ərzində 140 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 138 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar