İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05 00:04

İranda məhkumluq həyatı yaşayan Amerika vətəndaşı Maykl Vayt azad edilərək ölkəsinə göndərilib. 

Gunaz.tv Quote | Gunaz article

Bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp da öz "Twitter" səhifəsində təsdiqləyib. 

 


O, Vaytın azadlığa çıxmasında göstərdiyi təlaşlara görə İsveçrəyə təşəkkür edib və bildirib ki, xarici ölkələrdə girov götürülmüş digər amerikalıların da azad edilməsi üçün əlindən gələni edəcək. 


Maykl Vaytın bu gün axşam saatlarında İsveçrənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə İranı tərk etdiyi deyilir. Eyni zamanda, ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk onu ölkəyə qayıdışda müşayiət etmək üçün həkim briqadası ilə İsveçrəyə doğru yola düşüb. 


Maykl Vaytın azadlığı ABŞ-da məhkumluq həyatı yaşayan iranlı alim Sirus Əsgərinin öz ölkəsinə qaytarılmasından 2 gün sonra baş tutsa da, hər iki tərəfin Xarici İşlər Nazirlikləri aralarında məhkum mübadiləsinin reallaşması faktını inkar edirlər. 


Digər tərəfdən, Maykl Vaytın İranı tərk etməsilə eyni vaxtda ABŞ-da məhkumluq həyatı yaşayan İran vətəndaşı Məcid Tahirinin də azadlığa buraxıldığına dair xəbərlər yayılıb. Bu məlumatı İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif də təsdiqləyib. Bu xüsusda "Fox.news" telekanalı adını açıqlamadığı amerikalı rəsmiyə istinadən tərəflər arasında Maykl Vayt və Məcid Tahirinin qarşılıqlı azad edilməsi üçün məhkum mübadiləsinin baş tutduğu barədə məlumat yayıb. 


Hələlik ABŞ Məcid Tahirinin azadlığa buraxılmasını rəsmi qaydada təsdiqləməyib. 


Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı olan Maykl Vayt 2 il öncə iranlı sevgilisini görmək üçün Məşhədə etdiyi səfər zamanı saxlanmışdı. "Dini lideri təhqir etmək" və "şəxsi fotoları yaymaq"da ittiham edilən Vayta qarşı 10 il həbs cəzası çıxarılmışdı.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18