SON XƏBƏRLƏR

İranda həkimlərin mühacirəti təhlükəli səviyyəyə çatıb

2022.08.22, 09:33
İranda həkimlərin mühacirəti təhlükəli səviyyəyə çatıb

Gunaz.tv

Son bir il ərzində həkimlərin xaricə mühacirətində yüksək artım olduğunu deyən Cəfəri Nəmin qısa müddətdə 20 ərdəbilli həkimin xaricə getmək üçün müraciə etdiklərini bildirib.

Bir müddət öncə İranın Tibb Sistemi Təşkilatının başçısı Məhəmməd Rəiszadə ötən günəş ilində 4000-dən çox iranlı həkim mühacirət görə  istənilən “cinayət qeydinin olmaması” sənədi almaq üçün müraciət etdiyini demişdi.

İran Tibb İşçiləri Təşkilatının sədr müavini Məhəmmədtağı Cahanpur Səhiyyə Nazirliyinin tibb işçiləri və tibb bacılarına qarşı münasibətini tənqid edərək hər ay 150-200 arası tibb işçisi və tibb bacısının ölkəni tərk etdiyi barədə məlumat verib.

 İranın “Cavan” saytı məsələ ilə bağlı yayınladığı məlumatda ölkədə həkimlərin dolanışıq problemləri və əmək haqlarının aşağı olduğuna görə Türkiyə və Omana mühacirət etdiklərini yazıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar