Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib.
Onun həmin gözünü amputasiya ediblər.
Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildiriblər ki, evlərində də rahatlıqları yoxdur.
Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib. (Report.az)
Timur