SON XƏBƏRLƏR

İranda iki ildir idxal edilən musiqi alətləri gömrükdə saxlanılıb, ölkəyə buraxılmır

2021.11.30, 14:40
İranda iki ildir idxal edilən musiqi alətləri gömrükdə saxlanılıb, ölkəyə buraxılmır

Gunaz.tv

Bu barədə İran Gömrüyü sözçüsü Ruhullah Lətifi noyabrın 28-də mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, 11 konteynerdə olan məşhur Yapon brendi "Yamaha" musiqi alətləri Buşehr gömrüyündə saxlanılır və tərxis edilmir.

“Bu 11 konteynerdəki musiqi alətləri tərxis olunası mallar siyahısında deyil və onların ölkəyə idxalı qadağandır. 

Bu mallar yalnız İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sifarişi ilə qeydiyyata alındığı və ya İran Məhkəmə Sistemi rəsmilərinin qəti qərarı ilə tərxis edilə bilərlər”, -deyə İran Gömrüyü sözçüsü Ruhullah Lətifi bəyan edib.

Bu arada, SEPAH terror təşkilatına bağlı olan “Tasnim” saytı, sözü gedən musiqi alətlərin ölkəyə buraxılması barədə xəbərdarlıq edərək, bunun qarşısını almağa çalışdığını bildirib.

Ölkəyə idxal edilən və İran gömrüyündə ilişib qalan musiqi alətlərinin kimlər tərəfindən sifariş verildiyi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, 1979-cu ildə İranda molla rejimi bərqərar edildikdən sonra ölkədə musiqiyə, o cümlədən də qadın müğənnilərin səsinin yayılmasına Taliban sayağı qadağa qoyulub, ölkəyə musiqi alətlərinin idxalının qarşısı alınıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar