İranda iki İsveç vətəndaşı həbs edilib

2020-07-01 19:16

İranda iki İsveç vətəndaşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Gunaz.tv Quote | Gunaz article

Həmin şəxslərin İranda bu yaxınlarda aşkarlanmış beynəlxalq narkotik qaçaqmalçılığı ilə məşğul olan şəbəkənin əsas üzvləri olduğu deyilir. 


Yerli media orqanları qruplaşmadan sənaye üsulu ilə hazırlanmış təhlükəli narkotik və psixotrop maddələrin aşkarlandığını iddia edirlər. 


Şəbəkə üzvlərinin nə vaxt aşkar edilərək saxlandıqları açıqlanmır. Hələ ki, İran və İsveç rəsmiləri məsələyə münasibət bildirməyiblər. 


Qeyd etmək lazımdır ki, İran dünyada narkotik qaçaqmalçılığının həyata keçirildiyi əsas ölkələrdən biri hesab edilir. Əfqanıstanda istehsal edilmiş narkotik vasitələrin böyük hissəsi qeyri-qanuni yollarla İrandan Avropa ölkələrinə daşınır. ABŞ xüsusi xidmət orqanlarının ara-sıra yaydıqları hesabatlarda "Sepah"ın bəzi komandanlarının da bu işdə əllərinin olduğu deyilir. 


Digər tərəfdən, İranda tez-tez xarici ölkə vətəndaşları həbs edilir. Təcrübə göstərir ki, rəsmi Tehran onlardan ya siyasi müzakirələrdə girov kimi, ya da Qərb ölkələrində müxtəlif cinayətlərə görə tutulmuş öz vətəndaşlarını mübadilə etmək üçün istifadə edir. 


Hazırda 1988-ci ildə İranda məhkumların kütləvi şəkildə edam edilməsində iştirak edən Həmin Abbasi kod adlı dövlət ittihamçısı Həmin Nurinin İsveçdə məhkumluq həyatı yaşadığını nəzərə aldıqda, İranın İsveç vətəndaşlarını saxta ittihamlarla onunla mübadilə üçün həbs etdiyi təxmin edilir. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18

gun az article

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

2020-10-18

gun az article

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib

2020-10-17

gun az article

İranın İrəvandakı hərbi attaşesi 1 həftədə 3 dəfə Ermənistan müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

2020-10-17

gun az article

İranda daha 253 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 30 000 nəfəri keçib

2020-10-17

gun az article

Azərbaycan Prezidenti: “Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz”

2020-10-17

gun az article

İran dəniz sərhədçisi qaçaqmalçılarla qarşıdurmada həlak olub

2020-10-17

gun az article

Gilanda koronavirusa yoluxan daha 80 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-17