SON XƏBƏRLƏR

İranda ilk dəfə olaraq etirazçılara qarşı qadınlardan ibarət xüsusi təyinatlılardan istifadə edilir

2022.09.21, 16:16
İranda ilk dəfə olaraq  etirazçılara qarşı qadınlardan ibarət xüsusi təyinatlılardan istifadə edilir

Gunaz.tv

Sentyabrın 21-i günortadan sonra yenidən İranın onlarla şəhərində etiraz aksiyaları şiddətlənib.

İranın rəsmi mətbuatının verdiyi məlumata görə, ilk dəfə olaraq etirazçıları, xüsusilə qadın etirazçıların aksiyalarını dağıtmaq üçün qadınlardan ibarət xüsusi təyinatlı qüvvələrdən istifadə edilib.

Başqa şəhərlərlə yanaşı Güney Azərbaycan şəhərlərində, o cümlədən Zəncan, Ərdəbil, Təbriz, Urmu və b. narazı əhali küçələrə axışıb. 

Azəbaycan şəhərlərində narazılar türkcə və milli şüarlar səsləndiriblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar