SON XƏBƏRLƏR

İranda inflyasiya rekord həddə çatıb

2022.06.28, 08:26
İranda inflyasiya rekord həddə çatıb

Gunaz.tv

Bu barədə tanınmış iqtisadçı Hüseyn Rağfər mediaya verdiyi açıqlamada bildirib.

O, İbrahim Rəisi hökumətinin bir illiyində inflyasiya göstəricisinin 52.5 faiz olduğu barədə statistikaya toxunaraq, güzəştli valiyuta məzənnəsinin ləğv edilməsinin fəsadlarına görə hökumətin cavabdeh olduğunu deyib.

"Həmin şəxslər iddia edirdilər ki, biz güzəştli valyutanı ləğv etsək, maksimum 6-7% qiymət artımı baş verəcək, halbuki bu gün qiymətləri güzəştli valyuta ilə bağlı olan malların qiymətində 200% artım müşahidə edirik. İndi sübut olunub ki, İran iqtisadiyyatı güc və sərvət cərəyanlarının təsiri altındadır"-deyə, Rağfər bildirib.

Qeyd edək ki, son iqtisadi statistikalara görə, hal-hazırda İranda  inflyasiya göstəricisi dünyanın 190 ölkəsindən daha yüksəkdir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar