SON XƏBƏRLƏR

İranda internet yenidən kəsiləcək

2022.09.23, 09:33
İranda internet yenidən kəsiləcək

Gunaz.tv

Məlumatda sentyabrın 23-ü yerli vaxtla saat 16:30-dan 24:00-dək internet xidmətinin tam dayandırılacağı bildirilib.

Qeyd edək ki, qeyd olunan saatlar ölkədə etiraz aksiyalarının keçirildiyi vaxtlardır və nazirlik interneti kəsməklə aksiyaarın əlaqələrinə əngəl olub, məlumatların yayılmasının qarşısını almaq istəyir.

Aksiyaların başlanmasından bu günə kimi internet və mobil telefon xidmətlərinin fəaliyyəti məhdudlaşdırılıb, sentyabrın 21 və 22-də internet bir çox bölgələrdə tamamilə kəsilib.

Rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur bundan öncə sentyabrın 21-də internetə qoyulan məhdudiyyətlərin təhlükəsizlik orqanlarının qərarı ilə olduğunu etiraf edib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar