SON XƏBƏRLƏR

İranda Dizin yüksəkliklərində itkin düşən 10 aqlpinistdən 9-u qutarılıb, 1-i ölüb

2021.12.18, 12:18
İranda Dizin yüksəkliklərində itkin düşən 10 aqlpinistdən 9-u qutarılıb, 1-i ölüb

Gunaz.tv

Bu barədə Kərəcin fərmandarı Davud Cəfəri dekabrın 17-də mediaya açıqlamasında məlumat yayıb.

Alpinistlərin bölgəyə ezam olunan xilasedici qruplar tərəfindən qurtarıldığını bildirən fərmandar deyib ki, qar uçqunnu nəticəsində 50 yaşında olan alpinistlərdən biri hündürlükdən düşərək ölüb.

 Qızıl Aypara Xilasetmə Təşkilatının rəisi Mehdi Vəlipur isə baş vermiş hadisə ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, hündürlükdən aşağı düşən həmin şəxs ağır bədən xəsarətləri aldığına görə həyatını itirib. 

Qızıl Aypara Təşkilatı bundan əvvəl qış mövsümündə Dizin yüksəkliklərinə qalxmaq və Dəryuk dərəsinə səfər etməklə bağlı alpinistlərə və digər vətəndaşlara xəbərdarlıq emişdi.

Hazırda ölümdən xilas edilən alpinistlərin səhhətinin yaxşı olduğu bildirilir. 

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar