SON XƏBƏRLƏR

İranda jurnalistlərə qarşı təzyiqlər davam edir

2023.02.06, 15:23
İranda jurnalistlərə qarşı təzyiqlər davam edir

Gunaz.tv

İnqilab Məhkəməsi Hüseyn Yəzdi barədə 1 il həbs cəzası çıxarıb və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub.

Ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməsə də, jurnalistin media fəaliyyətlərinə və etiraz aksiyalarını işıqlandırdığına görə cəzalandırıldığı ehtimal edilir.

Qeyd edək ki, İran Jurnalistlər Birliyi bir neçə gün əvvəl yaydığı bəyanatda son 4 ay ərzində ölkədə 100-ə yaxın jurnalistin həbs edildiyini bildirib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 30 jurnalist həbsdə saxlanılır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar