İranda kürd siyasi məhkum dara çəkilib - FOTOLAR

20.12.2021, 09:41

İranda beş il əvvəldən bu yana həbsdə saxlanılan siyasi fəal Heydər Qurbani edam edilib.

Gunaz.tv Quote | Gunaz article

 

İranın Kürdüstan əyalətindəki insan haqları ilə bağlı vəziyyətə nəzarət edən qurumların və Kürdüstan prokurorluğunun da təsdiq etdiyi xəbərə görə, Kamyaran şəhər sakini olan Heydər Qurbani dekabrın 19-u səhər saatlarında Sənəndəc şəhərinin zindanında dara çəkilib.

Bildirilir ki, Heydə Qurbani İranın Kürdüstan Demokrat Partiyasına üzv olmaqda, rejimə müxalif qüvvələrlə  əməkdaşlıqda və hakimiyyət tərəfdarı olan 3 yerli kürdün qətlə yetirilməsində iştirakda günahlandırılmışdı.

O isə ölüm hökmünün icrasından az əvvəl həbsxanada çəkib sosial şəbəkələrdə yaydığı bir video-çarxda ona qarşı irəli sürülən qətl ittihamını rədd edərək, Kamyaran, Kirmanşah və Sənəndəc həbsxanalarında dəfələrlə təhdid və təzyiqə məruz qaldığını, döyüldüyünü və fiziki işgəncələr altında qətl ilə bağlı ondan yalançı etiraflar alındığını bildirmişdi.

Heydər Qurbaninin vəkili Saleh Nikbəxt isə dünən mediaya açıqlamasında müvəkkilinin onun və ailə üzvlərinin xəbəri olmadan, ona ailəsi ilə son gürüşə icazə verilmədən edam edildiyini deyib.

“Heydər qurbaninin ailəsinə zəng vurub deyiblər ki, Sənəndəc qəbiristanlığına gəlin. Onlar isə məzarlığa gedəndən sonra müvəkkilimin edam olunduğunu və artıq basdırıldığını bildirərək qəbirini göstəriblər.

Bizim göstərdiyimiz səylərin nəticəsində İran Məhkəmə Sisteminin rəisinin tapşırığına əsasən, müvəkkilimin işinə yenidən baxılmalı idi. Lakin buna baxmayaraq, görünür ki, kimlərində basqısı altında müvəkkilimə çıxarılan ölüm hökmü gözlənilmədən yerinə yetirilib”, -deyə Heydər Qurbaninin vəkili Saleh Nikbəxt bildirib.

Yayılan məlumata görə, Heydər Qurbaninin edam edilməsi xəbərini eşidən onlarla Kamyaran sakini onun yaşadığı mənzilin qarşısında toplaşıblar və “Şəhid ölməz” şüarları səsləndirərək, öz etirazlarını bildiriblər. 

Qeyd edək ki, bundan əvvəl dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar bir neçə dəfə bəyanat yayaraq, Heydər Qurbaniyə çıxarılan ölüm hökmünün ləğv olunmasını və onun dərhal azalığa buraxılmasını tələb etmişdilər. 

Image

Image

Image

A.M 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İki yeniyetmə etnik bəluç edam edilə bilər

2022-12-02

gun az article

İranda etnik ərəb işgəncə altında öldürülüb

2022-12-02

gun az article

Washington Post: "İran cinayətkar qruplar vasitəsilə müxaliflərin oğurlanması və öldürülməsini planlarını genişləndirib"

2022-12-02

gun az article

İranda SEPAH generalı həbs edilib

2022-12-01

gun az article

Türkiyə səfiri etimadnaməsinin surətini İsrail XİN-ə təqdim edib

2022-12-01

gun az article

Azərbaycanın müdafiə naziri Pakistanın HDQ komandanı ilə görüşüb

2022-12-01

gun az article

Kərəcdə iki məhkum edam ediləcək

2022-12-01

gun az article

Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

2022-12-01

gun az article

İranda bəhai vətəndaşlara qarşı təzyiqlər davam edir

2022-12-01

gun az article

“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsini uğurla yekunlaşdırıb

2022-12-01

gun az article

İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib

2022-12-01

gun az article

İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar göndərilib

2022-12-01

gun az article

İranda kəşfiyyat zabiti öldürülüb

2022-12-01

gun az article

Güneyli gənc fəal Abbas Nəmini edam edilə bilər

2022-12-01

gun az article

İranda İsrailə casusluqda ittiham olunan 4 nəfər edam ediləcək

2022-12-01

gun az article

Tanınmış jurnalist Məhəmmədbaqir Muradi İrana təhvil verilib

2022-12-01

gun az article

Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

2022-12-01

gun az article

Laçının azadlığından iki il ötür

2022-12-01

gun az article

XİN Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib

2022-12-01

gun az article

ABŞ Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemləri alır

2022-12-01