SON XƏBƏRLƏR

İranda kütləvi davada 7 nəfər güllələnib, 1-i ölub

2021.11.13, 12:29
İranda kütləvi davada 7 nəfər güllələnib, 1-i ölub

Gunaz.tv

Bu barədə Şimali Xorasan əyalətinin hüquq-mühafizə qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi bu gün mediaya açıqlamasında məlumat verib.


Bildirilir ki, məişət zəminində baş verən davada ailə üzvlərindən biri ov tüfəngindən atəş açaraq 7 nəfəri güllələyib. Güllə yarası alanlardan biri yerindəcə ölüb, 6 nəfər ağır yaralanıb.


Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.


Odlu silahdan atəş açılması faktı ilə bağlı 2 nəfər həbs edilib. Hazırda baş vermiş cinayətlə bağlı araşdırma aparıldığı bildirilir. 

۷ نفر در بجنورد کشته و زخمی شدند
 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar