SON XƏBƏRLƏR

İranda koronavirus xəstələrinin sayı yenidən artmağa başlayıb: 3 163 yeni yoluxma qeydə alınıb – RƏSMİ

2022.01.17, 13:58
İranda koronavirus xəstələrinin sayı yenidən artmağa başlayıb: 3 163 yeni yoluxma qeydə alınıb – RƏSMİ

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu gün yaydığı məlumatına görə, bununla da İranda bu günədək  koronavirusdan ölənlərin ümumi sayı 132 min 95 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 224 min 196 nəfərə çatıb.
 
Nazirliyin dediyinə görə, İranda indiyədək 6 milyon 66 min 819 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Bildirilir ki, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 1 313 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 43 milyon 499 min 337 test aparılıb.

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

شناسایی ۳۱۶۳ بیمار جدید کرونایی/ ۲۰ نفر دیگر فوت شدند

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar