SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 18 nəfər vəfat edib, 3 653 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2022.01.18, 14:07
İranda koronavirusdan daha 18 nəfər vəfat edib, 3 653 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu gün yaydığı məlumatına görə, bununla da İranda bu günədək  koronavirusdan ölənlərin ümumi sayı 132 min 113 nəfərə, virusa yoluxanların sayı isə 6 milyon 227 min 849 nəfərə çatıb.
 
Bildirilir ki, İranda indiyədək 6 milyon 68 min 983 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Nazirliyin bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 1 295 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 43 milyon 589 min 571 test aparılıb.

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

شناسایی ۳۶۵۳ بیمار جدید کرونایی/ ۱۸ نفر دیگر فوت شدند

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar