SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 22 nəfər ölüb, 1 677 nəfər xəstəliyə yoluxub – Rəsmi STATİSTİKA

2022.01.03, 14:05
İranda koronavirusdan daha 22 nəfər ölüb, 1 677 nəfər xəstəliyə yoluxub – Rəsmi STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin yanvarın 3-də yaydığı məlumatına görə, bununla da İranda bu günədək  koronavirusdan ölənlərin ümumi sayı 131 min 702 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 198 min 590 nəfərə çatıb.
 
Qeyd edilir ki,  İranda indiyədək 6 milyon 42 min 589 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Nazirliyin bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 2 min 624 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 42 milyon 281 min 617 test aparılıb.

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar