SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 25 nəfər ölüb, 1 961 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2022.01.11, 14:29
İranda koronavirusdan daha 25 nəfər ölüb, 1 961 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin yanvarın bu gün yaydığı məlumatına görə, bununla da İranda bu günədək  koronavirusdan ölənlərin ümumi sayı 131 min 940 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 210 min 298 nəfərə çatıb.
 
Bildirilir ki, İranda indiyədək 6 milyon 54 min 670 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Nazirliyin dediyinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 1 619  nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 42 milyon 988 min 265 test aparılıb.

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

شناسایی ۱۹۶۱ بیمار جدید کرونایی/ فوت ۲۵ نفر دیگر

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar