SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 42 nəfər vəfat edib, 2 706 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021.12.16, 14:09
İranda koronavirusdan daha 42 nəfər vəfat edib, 2 706 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin dekabrın 16-da yaydığı məlumatına görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 130 min 764 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 157 min 519 nəfərə çatıb.
 
Bildirilir ki,  İranda indiyədək 5 milyon 975 min 404 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Nazirliyin dediyinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 3 min 69 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 40 milyon 157 min 84 test aparılıb.

Məlumata əsasən, xəstəliyin geniş yayılması səbəbilə hazırda İranın 8 şəhəri narıncı, 119 şəhəri sarı, 321 şəhəri isə mavi vəziyyətdədir. 

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar