SON XƏBƏRLƏR

İranda koronavirusun “Omikron” ştammına ilk yoluxma halı aşkarlanıb

2021.12.19, 22:57
İranda koronavirusun “Omikron” ştammına ilk yoluxma halı aşkarlanıb

Gunaz.tv

Bu barədə İran səhiyyə nazirinin müavini Kamal Heydəri dekabrın 19-da mediaya açıqlamasında məlumat yayıb.

İlk dəfə Cənubi Afrikada peyda olan “Omikron” ştammının hazırda dünyanın 85 ölkəsində yayıldığını bildirən Kamal Heydəri deyib ki, yoluxucu xəstəliyin yeni ştammına ilk yoluxma halı Birləşmiş Ərəb Əmirliklərindən ölkəyə qayıdan 50 yaşlı bir Tehran sakinində aşkarlanıb.

“Həmin şəxsin və onun ailə üzvlərinin dərhal karantinə alınması üçün bütün lazımi tədbirlər görülüb. Bundan başqa “Omikron”a yoluxmaqda şübhəli bilinən daha bir neçə nəfər də aşkaralanaraq nəzarətə alınıb”, -deyə İran səhiyyə nazirinin müavini Kamal Heydəri bildirib.

Ölkədə “Omikron”a ilk yoluxma halının təsdiqlənərək qeydə alınmasından sonra İranın “Koronavirus Elmi Komitəsi”nin katibi Həmidrza Cəmaəti yeni təhlükəli virusun yayılması barədə xəbərdarlıq edərək, ölkənin bir ay müddətinə yenidən karantinə alınmasını tövsiyə edib.

“Məsələ çox ciddidir və hesab edirəm ki, bunun qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Bizim isə tövsiyəmiz odur ki, ölkədə yenidən karantin rejimi ən azı 4 həftəlik tətbiq edilməlidir. 

Çünki əgər bu gün bununla bağlı tədbir görməsək, qarşıdan gələn 3-4 həftə ərzində biz ölkəmizdə “Omikron” ştammının sürətlə yayılmasının şahidi olacağıq”, -deyə İranın “Koronavirus Elmi Komitəsi”nin katibi Həmidrza Cəmaəti bildirib. 

COVID: What we know about the omicron variant | Science | In-depth  reporting on science and technology | DW | 29.11.2021

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar