SON XƏBƏRLƏR

İranda yoluxma kəskin artdı: Bir gündə 35 min nəfər yoluxub, 50 nəfər ölüb

2022.02.01, 15:02
İranda yoluxma kəskin artdı: Bir gündə 35 min nəfər yoluxub, 50 nəfər ölüb

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin fevralın-də yaydığı məlumatına görə, bununla da İranda bu günədək  koronavirusdan ölənlərin ümumi sayı 132 min 504 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 6 milyon 408 min 244 nəfərə çatıb.

Bildirilir ki, xəstəliyə yoluxan və vəziyyəti ağır olan 1 703 nəfər hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.

İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 44 milyon 886 min 634 test aparılıb.

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının daha çox olduğunu bildirirlər.

C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar