SON XƏBƏRLƏR

İranda koronavirusa yoluxma yenidən artdı-18 şəhərdə təhlükəli vəziyyət elan olundu

2022.07.09, 10:25
İranda koronavirusa yoluxma yenidən artdı-18 şəhərdə təhlükəli vəziyyət elan olundu

Gunaz.tv

Yoluxmanın kəskin və bir neçə dəfə artmasından sonra 18 şəhərdə təhlükəli qırmızı vəziyyət elan olunub.

Səhiyyə Nazirliyi yeni karantin qaydalarının ttbiq olunacağı ehtimalının yüksək olduğunu deyib.

Koronavirusa Qarşı Mübarizə Qərargahının nümayəndəsi Abbas Şirovjen qırmızı və orta təhlükəli narıcı bölgələrdə qapalı və açıq  yerlərdə maskadan istifadə edilməsini tövsiyə edib.

Son bir neçə gün ərzində Qərbi Azərbaycan, Xorasan, Zəngan, Xuzistan, Gilan və Həmədan əyalətlərində koronovirusa yoluxanların sayının bir neçə dəfə artdığı, ölüm hallarının çoxalmasının qeydə alındığı barədə məlumatlar yayılıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar