SON XƏBƏRLƏR

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

2022.09.23, 07:26
İranda öldürülən etirazçıların son sayı açıqlanıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı sentyabrın 23-ü səhər saatlarına olan hesabatında ölkədə son bir həftə ərzində baş verən etiraz aksiyaları zamanı kimliyi dəqiqləşdirilən 36 nəfərin hökumət məmurları tərəfindən güllələnərək öldürüldüyünü açıqlayıb.

Hesabatda çox sayda insanın ağır yaralı olduğu üçün ölü sayının artacağı qeyd olunub.

İnsan haqları təşkilatı yaralı sayının çox olduğunu, yalnız etirazların başladığı Kürdüstan əyalətində 733 vətəndaşın müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Bununla yanaşı həbs edilənlərin sayının minlərlə olduğu və hələ etiraz aksiyalarının 3-cü günündə Tehran valiliyinin 1800 nəfərin bu əyalətdə "iğtişaşçı" adı ilə həbs edildiyi barədə açıqlaması qeyd olunub.

Cavidan  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar