SON XƏBƏRLƏR

İranda məcburi hicab qaydaları yenidən sərtləşdirilir

2023.01.02, 09:30
İranda məcburi hicab qaydaları yenidən sərtləşdirilir

Gunaz.tv

İran İnqilab Keşikçilərinə bağlı "Fars" xəbər agentliyi ölkədə hicab qaydalarını riayət etməyən qadınlara qarşı yeni tədbirlərin görülməsinə başlandığı barədə məlumat verib.

Məlumata görə, əlaqədar dövlət qurumları ilk növbədə avtomobil sahiblərinə mesaj göndərərək hicab qaydalarını riayət etməyən qadınları avtomobilə mindirməmələri ilə bağlı xəbərdarlıq ediblər.

Bildirilir ki, xəbərdarlığa məhəl qoymayan avtomobil sahibləri ilk növbədə polis qüvvələrinə bağlı "Əxlaq Təhlükəsizliyi" bölməsinə çağrılacaq, növbəti dəfə isə onlar cərimələnə və avtomobilləri dövlət  tərəfindən müsadirə olunacaq.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar