SON XƏBƏRLƏR

İranda müharibə veteranları arasında intihar halları artıb

2022.08.04, 06:45
İranda müharibə veteranları arasında intihar halları artıb

Gunaz.tv

Kirmanşah əyalətinin Sunqur şəhərində müharibə əlili məişət problemləri ucbatından üstünə benzin tökərək özünü yandırıb.

İran İnsan Haqları Təşkilatı Xosrov Yavəri adlı müharibə veteranının intiharına səbəb kimi hökumətin ona laqeyd münasibətini və qanunla nəzərdə tutulan hüquqlarını tanımamasını qeyd edib.

İran-İraq müharibəsi zamanı şəhid ailələri və yaralılar aldıqları təqaüdün az olması səbəbindən ağır iqtisadi şəraitdə və çoxsaylı dolanışıq problemləri ilə mübarizə aparırlar.

Son aylar inflyasiyanın artması və insanların alıcılıq qabiliyyətinin azalması, eləcə də işsizlik səviyyəsinin artması ilə ölkədə intiharların sayı artıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar