SON XƏBƏRLƏR

İranda cümə imamlarına tapşırıq: "Azərbaycan əleyhinə aksiyalar təşkil edin"

2022.06.18, 06:24
İranda cümə imamlarına tapşırıq: "Azərbaycan əleyhinə aksiyalar təşkil edin"

Gunaz.tv

İyunun 17-də Azərbaycana qarşı növbəti aksiya təşkil edilib.

Loristan əyalətinin mərkəzi Xurrəmabad şəhərində bir neçə nəfərlik qrup cümə namazından sonra aksiya keçirərək Azərbaycan Respublikasında həbsdə olan İrana bağlı bəzi radikal şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, bundan öncə iyunun 13-də Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında piket təşkil olunub və bir neçə nəfər Azərbaycan əleyhinə şüarlar səsləndirib.

Güney azərbaycanlı sosial media istifadəçiləri İran hökumətinin Azərbaycana qarşı təşkil etdiyi aksiyalara cavab olaraq Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və başqa ölkələrdə azərbaycanlıların İran səfirlikləri və konsulluqları qarşısında aksiyaların keçirilməsi barədə paylaşımlar ediblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar