SON XƏBƏRLƏR

İranda müəllimlər kütləvi tətilə başladı: Narazılar maaşların artırılmasını tələb edir

2022.01.29, 10:08
İranda müəllimlər kütləvi tətilə başladı: Narazılar maaşların artırılmasını tələb edir

Gunaz.tv

İran Təhsil İşçiləri Koordinasiya Şurasının yanvarın 26-da yayınlanan növbəti çağırışından sonra Qəzvin, Həmədan, Təbriz, Tehran, Kərəc və onlarla başqa şəhərdə müəllimlər dərsi dayandırıb.

Aldıqları maaşla dolana bilmədiklərini deyən müəllimlər və təqaüdçülər əllərində yazılı plakatlar qaldırıb, hökumətin onların problemlərinə biganə yanaşdığını bildiriblər.

Onlar bununla yanaşı rütbələndirmə qanununun icra olunmasını, təqaüdlərin ödənilməsini tələb ediblər.

Tətil edənlər həmçinin işləyən müəllimlərin rütbələndirməsi barədə qərarın 80%-nin tam tətbiq edilməsini, təqaüddə olan müəllimlərin maaşlarının bərabərləşdirilməsini və digər tələblərinin yerinə yetirilməsini istəyirlər.

İran Təhsil İşçiləri Koordinasiya Şurasının bildirişinə görə, tətil aksiyası yanvarın 30-da da davam edəcək və yanvarın 31-də şəhərlərin Təhsil baş İdarələri qarşısında geniş mitinq keçiriləcək.

Xatırladaq ki, son həftələrdə İranın 100-dən çox şəhərində müəllimlər və təqaüdçülərin müxtəlif etiraz aksiyaları keçirilib, onlarla nəfər həbs edilib.

Müəllimlər və təqaüdçülər tələbləri yerinə yetirilməyincə, dinc etirazlarını bundan sonra da davam etdirəcəklərini bildiriblər. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar