SON XƏBƏRLƏR

İranda ümumölkə mitinqinə çağırış edildi

2022.04.25, 11:37
İranda ümumölkə mitinqinə çağırış edildi

Gunaz.tv

Bəyanatda bu günə kimi İranda müəllimlərin hüquqlarının pozulmasına toxunulub, bundan öncə kemçirilən aksiyalarda onların istəklərinin yerinə yetirilməsiyi vurğulanıb.

Mayın 2-dən başlayacaq “Müəllim Həftəsi” tədbirləri hökumətin təhsil işçilərini aldatmağa cəhdi kimi dəyərləndirilib.

“Bütün şərəfli müəllimlərdən, şagirdlərdən və onların valideynlərindən ümumölkə mitinqinə qoşulmalarını və bu vasitə ilə hökumətin yarıtmaz siyasətinə etirazlarını bildirməyi xahiş edirik”-deyə, bəyanatda qeyd olunub.

Təşkilatçılar mitinqlərin mayın 1-də yerli vaxtla saat 10:00-da bütün şəhərlərdə yerli Təhsil İdarələrinin qarşısında, Tehranda isə parlament binasının qarşısında keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökumətinin təhlükəsizlik qurumları etirazların qarşısını almaq, müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittiham irəli sürərək onları basqı altında saxlamağa çalışır.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar