SON XƏBƏRLƏR

İranda müəllimlərin növbəti etiraz aksiyası keçirilib-FOTOLAR

2022.02.22, 08:28
İranda müəllimlərin növbəti etiraz aksiyası keçirilib-FOTOLAR

Gunaz.tv

Şəhərlərdə Təhsil Nazirliyinin yerli bölmələri və Baş Təhsil İdarələri qarşısına toplaşan müəllimlər bundan öncə irəli sürdükləri istəklərin yerinə yetirilmədiyi, pozulan hüquqlarının bərpa olunmadığı üçün son həftə ərzində ikinci dəfə aksiya keçirməyə məcbur olduqlarını deyiblər.

Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəngan, Qəzvin, Həmədan və başqa şəhərlərində də azərbaycanlı müəllimlər aksiyaya qoşulub və başqa şəhərlərdə olan narazı əməkdaşları ilə həmrəy olduqlarını bildiriblər.

Fevralın 19-da İran Təhsil İşçiləri Koordinasiya Şurasının çağırışı ilə onlarla şəhərdə etiraz aksiyası keçirən müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə qanununun icrasını, siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər. 

Xatırladaq ki, son bir neçə ayda İranın yüzlərlə şəhərində müəllimlər və təqaüdçülərin müxtəlif etiraz aksiyaları keçirilib, onlarla nəfər həbs edilib.

Müəllimlər bundan öncə keçirdikləri aksiyalarda hüquqlarının bərpa olunmayacağı, istəklərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyalara ara verməyəcəkləri barədə xəbərdarlıq etmişdilər. 

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar