SON XƏBƏRLƏR

İranda mart ayında edamların statistikası açıqlanıb

2022.04.04, 13:31
İranda mart ayında edamların statistikası açıqlanıb

Gunaz.tv

İran rəsmiləri və məhkəmə sistemi nümayəndələrinin verdikləri məlumata görə, edam olunanlardan 19-ü narkotik maddələrin qaçaqmalçılığı, 20 nəfəri isə qətldə ittiham edildikləri üçün ölüm cəzasına məhkum olunublar.

İran İnsan Haqları Monitorinq Qrupunun topladığı rəqəmə gizli edam edilən və şəxsiyyəti qeydə alına bilməyən məhbuslar daxil deyil.

Qeyd olunan 39 edam faktı Zəngan, Dəstgerd-i İsfahan, Rəcaişəhr, Şiraz, Dezful, Miandoab, Xaş, Zahidan, Urmu və Qəzvin mərkəzi həbsxanalarında həyata keçirilib.

İran İnsan Haqlarının Monitorinq Qrupu bir daha BMT-nin Baş Katibini, Ali Komissar və BMT-nin İnsan Haqları Şurası və ümumi insan haqları müdafiəçilərini, eləcə də Avropa Birliyi və onun üzv dövlətlərini İranda edamları pisləməyə və təcili tədbirlər görməyə çağırıb. 

Qrupun yazdığına görə, İranda insan haqlarının sistematik şəkildə pozulması barədə işi BMT Təhlükəsizlik Şurasına verilməli və bu rejimin rəhbərləri qırx ildir insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar