SON XƏBƏRLƏR

İranda molla rejimi azərbaycanlıları edam edir - Güneyli politoloqların ŞƏRHİNDƏ

2022.12.10, 01:06
İranda molla rejimi azərbaycanlıları edam edir - Güneyli politoloqların ŞƏRHİNDƏ

Gunaz.tv

Edam məsələsi İranda kütləvi etriaz aksiyalarını daha da artırıb. Ednews mövzu ilə bağlı güneyli siyasi şərhçilərin mövqeyini öyrənib.

Güneyli soydaşımız, siyasi şərhçi Çingiz Göytürkün sözlərinə görə, əslində iki həftə bundan əvvəl İranın saxta və yalan informasiya formalaşdırıb dünya ictimaiyyətinin diqqətini fərqli yönlərə apardığını gördük. 

İranda əhali nə istəyir: "Güney Azərbaycanın tələbləri fərqlidir"

Rejim etiraz aksiyalarına və aksiyada iştirak edən insanlara qarşı daha qatı, repressiv addımlar atmaqda davam edir.

“İran “əxlaq polisi”nin ləğvi ilə bağlı və yaxud prezidentin dediyi “konstitutsiyada bəlli ölçüdə dəyişikliklərə və reformlara gedə bilərik” kimi gerçəyi yansıtmayan yalan informasiyalar ötürərək dünya ictimaiyyətinin tamam başqa səmtə yönləndirdi. 

Bu 2 həftə içərisində edam siyahıları hazırladı, edamlar gerçəkləşdirdi. Ən sonuncu edam Sonuncu dəfə isə yolu bağladığına görə gülünc ittihamla bir insanın həyatına son verdi. 

Önümüzdəki günlərdə isə daha 11 nəfərlik edam siyahısının olduğu gözlənilir. Bu edam ediləcək insanların etnik kimliyinə baxdığımızda bunların çoxunun azərbaycanlı olduğunu görürük. 

Edamlar, vəhşiliklər, özəlliklə Azərbaycan xalqına qarşı daha şiddətli, daha qatı şəkildə davam ediləcəyi heç də istisna olunmur. Dünyanın İrana münasibəti təsirsiz ötüşmür, əhəmiyyətlidir”.

Politoloq qeyd edib ki, beynəlxaq qurumların, BMT-nin, Avropa İttifaqının və digər qurumların, eyni zamanda dünya dövlətlərinin, hətta Fransanın belə məsələyə mövqe bildirməsi artıq bıçağın sümüyə dirəndiyini açıq bir göstərcəsidir.

“Bunlar əhəmiyyətlidir, amma İranın 43 illik hakimiyyəti dönəmində müxtəlif mərhələlərdə edamların, kütləvi qırğınların şahidi olmuşuq. Hər dəfəsində də beynəlxalq ictimayyət, dünya dövlətləri edamları, vəhşiliklıri qınayıblar. Qınaqlar İranın davranışına hər hansı bir ciddi təsir göstərə bilməyib.

İranda son proseslər davam etməkdədir. Prosesslərin hədəfi rejimin dəyişdirilməsi və sonrakı mərhələdə millətlərin düşüncələrinin, azrularının, tələblərinin yer alacağı bir alternativin gerçəkləşdirilməsinə yönəlikdir. İnsanların küçələrdə etirazları rejim dağılana kimi davam edəcək. Artıq xalqın qorxusu yoxdur”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli isə bildirdi ki, İran rejimi amansızlıq, vəhşilik və qəddarlıq sərgiləyir. İnsanlara qarşı zor tətbiq edirlər, evlərinə girirlər.

Sadiq İsabəyli: Azərbaycan milli hərəkatı İrandakı siyasi proseslərə öz  kimliyi ilə qatılmalıdır

“Onları evlərində döyürlər, işgəncə verirlər. Bütün bunların fonunda həm də gördük ki, etirazçılar küçələrə axışıb. Yolların ortasında maşın təkəri yandırırlar. Etirazçılar bu rejimə, bu hakimiyyətə nifrətini bu şəkildə çatdırmağa çalışır. Demək istəyirlər ki, biz artıq bu rejimin siyasətiylə, aqressiv davranışlarıyla, öz başnalığıyla barşmaq istəmirik”.

Siyasi şərhçi insanların rejimin getməyini istəyirlər deyə vurğulayıb.

“Orada yaşayan millətlər öz nifrətlərini bu rejimə müxtəlif formada şüarlarla göstərməyə çalışırlar və bu rejimin ümümiyyətlə, var oluşunu istəmirlər, bu rejimin getməsini istəyirlər. İran adlanan ölkə çox millətli bir ölkədir. 

Burada insanlar fərdi ictimai azadlıqları üçün, soisal təminatlarının yaxşı olması üçün, gələcəkləri üçün bir sıra hüquq və azadlıqlarını gündəmə gətirirlər. 

Burada yaşayan millətlərin bu 109 il ərzində milli kimliklərinin inkar olunması onların milli-mədəni hüquqlarının tapdalanması, öz ana dillərində oxuya bilməmələri, onların iqtisadiyyatının və yeraltı sərvətlərin qarət olunması və təbii ki, həm siyasi, həm milli, həm mədəni sahədə olan ayrıseçkilik siyasəti və basqıcı siyasətə etiraz edirlər.

Milli şüarlar verilir və təbii ki, bu məsələ gündəmi doldurur. 

Bu zaman keçdikcə, sürətlənəcək yəni getdikcədə bu istəklər, bu tələblər milli zəmində artırılacaq”. (ednews.net)

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar