SON XƏBƏRLƏR

İranda mollalara qarşı hücumlar çoxalıb-İki ruhani ölümcül döyülüb

2022.09.01, 04:25
İranda mollalara qarşı hücumlar çoxalıb-İki ruhani ölümcül döyülüb

Gunaz.tv

Qum şəhərindəki məscidlərdən birinin axundu deyib ki, o və eyni şəhərdə başqa bir məscidin imamı iki nəfər tərəfindən dəmir boru ilə döyülüblər.

Bununla bağlı o, mətbuata açıqlamasında iddia edib ki, hücum edənlər hər iki mollanı “öldürmək” istəsələr də, onun qışqırıqları və insanların toplaşması ilə hadisə yerindən qaça biliblər.

Mollalar polis qüvvələrinin hadisə yerinə 40 dəqiqə sonra gəlmələrini tənqid edib və  başqa axundların da canlarının təhlükədə olduğunu bildirib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan mollalar döyülmələrinin səbəbi barədə heç bir məlumat verməsələr də, sosial media fəalları hadisə şahidlərinə istinadən bu barədə xəbərlər paylaşıblar.

Onların yazdığına görə, iki molla vətəndaşların geyim tərzlərinə irad bildirdikləri və onları təhqir etdikləri üçün cəzalandırılıblar.

Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.

Son bir neçə ay ərzində İranın Qum, İsfahan, Tehran, Günbəd Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həlak olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar