SON XƏBƏRLƏR

İranda üç nəfər dara ağacından asılıb

2022.02.23, 08:17
İranda üç nəfər dara ağacından asılıb

Gunaz.tv

Məlumatda fevralın 21-də Kaşanda edam edilən məhkumun kimliyi bildirilmədən 49 yaşlı olduğu və qətldə günahlandırıldığı qeyd olunub.

Təşkilat Məşhəd zindanında dar ağacından asılan məhkumun isə 2014-cü ildə qətldə ittiham olunaraq Məşhədin “Vəkilabad” zindanında saxlanıldığı yazıb.

İnsan Haqları T.şkilatı Yəzd şəhərində barəsində edam cəzasının tətbiq edildiyi şəxsin kimliyi və nədə ittiham olunduğu barədə dəqiq məlumatın olmadığını bildirib.

Qeyd edək ki, İranın İnsan Haqları Təşkilatının bir neçə gün öncə yaydığı son hesabatında İranda edamların sayının xeyli artdığı, yanvar ayında İran zindanlarında 46 nəfərin asıldığı  bildirilib. 

Birləşmiş Millətlər Təşkilatı bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi. 

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur və  İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar