İranın kimya zavodunda dəhşətli partlayış- Yüzlərlə insan zəhərlənib, ölənlərin olduğu bildirilir

13.06.2022, 23:33

İyunun 13-də Fars əyalətinin Firuzabad şəhərinin Natrium Karbonat Zavodunda partlayış baş verib. Zəhərli qazların yayılması nəticəsində azı 112 nəfərin xəsarət aldığı bildirilir.

Gunaz.tv Quote | Gunaz article

İran xəbər agentliklərinin məlumatına görə, zəhərli qaz sızması səbəbindən Cəmdən Firuzabada gedən yol növbəti xəbərdarlığa qədər bağlanıb.

Ölkə rəsmiləri ilkin olaraq yaralıların sayının 5 nəfər olduğunu bildirib.

Lakin qısa müddətdən sonra Fars əyalətinin Təcili Yardım Mərkəzinin rəhbəri Firuzabad natrium karbonat zavodunun çənlərində baş vermiş sızma nəticəsində yaralananların sayının 72-yə, gecə saatlarında isə 112 nəfərə yüksəldiyini açıqlayıb.

İyunun 14-ü səhər saatlarına olan məlumata görə isə xəsarət alanların sayının 150 nəfərə yüksəlib, 40 nəfər isə həyatını itirib.

Məlumatda ərazinin qapalı bölgə elan edildiyi, helikopterlərin yaralı və meyitləri daşıdığı bildirilsə də, rəsmilər ölü sayı barədə yayılan xəbərlərə aydınlıq gətirməyiblər. 

Sosial mediada yer alan xəbərlərə görə, çoxlu sayda insanın öldüyü ehtimal edilir.
 

Qeyd edək ki, Firuzabad natrium karbonat fabriki 2020-ci ilin dekabrında fəaliyyətə başlayıb.

“İRNA” xəbər agentliyi partlayışı çənlərdən birində qaz sızması ilə əlaqələndirib.

Son illər İranın neft-kimya komplekslərində, neft emalı zavodlarında və digər neft müəssisələrində çoxlu oxşar qəzalar baş verib, bu qəzaların əsas səbəbi kimi avadanlıqların köhnəlməsi və ya keyfiyyətinin aşağı olması göstərilib.

Partlayış baş verən zavodda istifadə olunan texnikanın əhəmiyyətli bir hissəsinin İran, bir hissəsinin isə Çin istehsalı olduğu bildirilir. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəal Möhsün Möhsünzadə Ərdəbil zindanına köçürülüb

2022-09-30

gun az article

Ərdəbildə etirazçılar polis qüvvələrini qaçmağa məcbur ediblər-VİDEO

2022-09-30

gun az article

“Sözümüz” proqramında müzakirə: “Nə etməliyik?” - VİDEO

2022-09-30

gun az article

"Hak medetkar oldu Azerbaycan etrakına"-Mayis Əlizadə yazır

2022-09-30

gun az article

Ərdəbildə etiraz aksiyaları başlayıb-VİDEO

2022-09-30

gun az article

Əbhərdə həbs edilən daha 3 fəalın kimliyi bəlli olub

2022-09-30

gun az article

Təbriz etirazlarında həbs edilən 4 azərbaycanlı kinematoqrafçının taleyindən xəbər yoxdur

2022-09-30

gun az article

Güney Azərbaycanda onlarla fəal həbs edilib

2022-09-30

gun az article

Təbrizdə َyeniyetmə Atilla Ərfəi həbs edilib

2022-09-30

gun az article

İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı yenidən Azərbaycanı ittiham edib-VİDEO

2022-09-30

gun az article

Təbrizli fəal Seyid Məhəmmədrza Müvəhhid müvəqqəti azadlığa buraxılıb

2022-09-30

gun az article

Məlikanda azərbaycanlı fəal Əmir Sadiqiyan həbs edilib

2022-09-29

gun az article

"Qadınlar basqılara qarşı 43 illik mübarizədən əldə etdikləri təcrübə ilə küçəyə çıxıblar"-Jalə Təbrizli

2022-09-29

gun az article

 “Görüş”də müzakirə: “İranda etiraz davam edir” və Hədis Nəcəfi”  -VİDEO

2022-09-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və milli görəvimiz” - VİDEO

2022-09-29

gun az article

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022-09-29

gun az article

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

2022-09-29

gun az article

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28