İranın neft-kimya zavodunda partlayış olub

01.04.2022, 08:03

Aprelin 1-i səhərə yaxın İranın cənub-qərbində yerləşən Mahşəhr Neft-Kimya Xüsusi Bölgəsində baş verən partlayış nəticəsində “Kavoşqaran” Neft Emalı Şirkətinin obyektləri güclü yanğın meydana gəlib.

Gunaz.tv Quote | Gunaz article

İran rəsmiləri partlayışla bağlı verdikləri ilkin açıqlamalara görə, hadisə nəticəsində iki nəfər yaralanıb. 

Onlar partlayış və yanğının səbəbləri barədə açıqlama vermədən, məsələnin araşdırılması ilə bağlı qrup yaradıldığını deyiblər.
Qeyd edək ki, bundan öncə də bu və yaxın bölgələrdə yerləşən neft-kimya zavodları, əhəmiyyətli müəssisələrdə partlayış və yanğınlar baş verib.

İran rəsmiləri bu partlayışların səbəbi barədə dolğun məlumat verməsələr də, müstəqil media və mütəxəssislər yanğınların İranın həyati əhəmiyyət daşıyan və strateji mərkəzlərinə edilən kiberhücumlar nəticəsində baş verdiyini bildirirlər. 

Qeyd edək ki, bir sıra qaynaqlar isə partlayışın pilotsuz təyyarələrin hücumu nəticəsində baş verdiyini yazır, partlayış səsinin onlarla kilometrə uzaqda eşidildiyini qeyd ediblər.

Onlar partlayışdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat mühafizə qüvvələrinin Məhşəhr Neft-Kimya Xüsusi Bölgəsindəki “Kavoşgaəan” Neft Emalı Şirkətinin ərazisinə daxil olduqlarını bildirirlər.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan Laçın dəhlizində gömrük postu qoyacaq –Sülhməramlıların komandanından açıqlama-VİDEO

2022-12-05

gun az article

İran üçün təhlükə getdikcə artır – ABŞ kəşfiyyatı

2022-12-05

gun az article

İran parlamentinin Hüquq Komissiyasının üzvü həbs olunanlarla bağlı dəqiq məlumat olmadığını iddia edir

2022-12-05

gun az article

Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

2022-12-05

gun az article

Azərbaycan və Türkiyə İranla sərhəddə birgə hərbi təlimlərə başladı –VİDEO

2022-12-05

gun az article

İranın Milli Təhlükəsizlik Şurasının üzvü: "Nazirlər Kabinetində islahat vacibdır"

2022-12-05

gun az article

Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin qalıqlarını Azərbaycana verib

2022-12-05

gun az article

Ukraynadakı müharibədə 33 gürcü döyüşçü həlak olub

2022-12-05

gun az article

İranda etirazçılar əhalini üçgünlük tətilə çağırıblar

2022-12-05

gun az article

İranda “Əxlaq” polisinin səlahiyyətləri azaldıla bilər

2022-12-05

gun az article

Amerikalı general: "İran Yaxın Şərqdə sabitliyi pozan əsas elementdir"

2022-12-04

gun az article

Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edib

2022-12-04

gun az article

Əhməd Obalı Ağalıya səfər edib

2022-12-04

gun az article

Zahidanda iki etnik bəluç edam edilib

2022-12-04

gun az article

İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

2022-12-04

gun az article

Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir

2022-12-04

gun az article

Vaşinqtonda Güney Azərbaycana dəstək aksiyası keçirilib-FOTOLAR

2022-12-04

gun az article

İsrail Prezidenti tarixdə ilk dəfə Bəhreynə səfərə gedib

2022-12-04

gun az article

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

2022-12-04

gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03