SON XƏBƏRLƏR

İranda neft və qaz sənayesində işləyənlərin kütləvi tətil aksiyası olacaq

2022.04.21, 11:02
İranda neft və qaz sənayesində işləyənlərin kütləvi tətil aksiyası olacaq

Gunaz.tv

İranda Müqaviləli Neft İşçilərinin Etirazlarının Təşkilat Şurasıı bəyanat yayaraq işçiləri aprelin 22-də bütün ölkə üzrə tətil aksiyası keçirməyə çağırıb.

Bəyanatda ölkədə inflyasiyanın yüksəlməsi və bütün malların bahalaşmasına baxmayaraq işçilərin əmək haqlarının artırılmamasına etiraz üçün aksiya keçiriləcəyi qeyd olunub.

Bununla yanaşı aksiya təşkilatçıları bundan öncə keçirilən etiraz aksiyalarında irəli sürülən istəklərinin heç birinə önəm verilmədiyini yazıb, hökumət nümayəndələrinə bağlı olan podratçı şirkətlərin işçilərin hüquqlarını davamlı pozduqlarını bildiriblər.

“Səhiyyə, siğorta, yaşayış yeri ilə yanaşı hüquqlarımızın qorunması yönündə söz haqqımızında əlimizdən alınmasına dözməyəcəyik”-deyə, bəyanat müəllifləri narazı işçilərin işdən ovulacaqları ilə bağlı hədələndiklərini yazıblar. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar