SON XƏBƏRLƏR

İranda onlarla bəhai gəncin Universitetdə oxumasına qadağa qoyuldu

2022.08.13, 10:18
İranda onlarla bəhai gəncin Universitetdə oxumasına qadağa qoyuldu

Gunaz.tv

Mazəndəran əyalətinin Sari şəhərindən olan Tənin Allahverdi Gürci, Mobin Şadiniya və Human Xoşbin adlı bəhai gənclər sınaq imtahanlarında yüksək nəticə əldə etmələrinə baxmayaraq, İran Təhsil Nazirliyinin göstərişi ilə universitetə qəbul edilməyiblər.

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının verdiyi məlumata görə, son 3 bəhai gəncin təhsilinə qarşı qoyulan qadağa ilə son bir ay ərzində Universitetə girişinə icazə verilməyən bəhailərin sayı 52 nəfərə çatıb.

İran Təhsil Nazirliyi və əlaqədar qurumlar bəhai gənclərin təhsilinə qarşı qadağaları əsasən "sənədlərində qüsur"un olması ilə izah edirlər.

"Sənəddə qüsur" seçimi 2006-cı ildən bu bəhai vətəndaşların təhsillərini davam etdirmnin qarşısını almaq üçün hökumət tərəfindən istifadə edilən ümumi hiylədir.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar