SON XƏBƏRLƏR

İranda onlarla müəllim həbs edilib

2022.04.22, 08:41
İranda onlarla müəllim həbs edilib

Gunaz.tv

Bu barədə İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbibi özünün sosial media hesabında etdiyi paylaşımda bildirib. O, aprelin 21-də İranın onlarla şəhərində keçirilən etiraz aksiyaları zamanı 40 qadın müəllimin həbs olunduğunu yazıb.

İran İnsan Haqları Təşkilatı isə 40 müəllimin yalnız Tehranda həbs olinduğunu, müxtəlif şəhərlərdə yüzlərlə müəllimin saxlanılanıldığını və onların kimliyinin dəqiqləşdirilməsinə çalışdıqlarını yazıb.

Qeyd edək ki, aaprelin 21-də Güney Azərbaycan şəhərləridə daxil olmaqla İranın onlarla şəhərində müəllimlərin kütləvi etiraz aksiyası keçirilib.

Onlar hüquqlarının pozulması, müəllimlərin natamam təsnifatlandırılması qanununun icra olunmaması, fəal müəllimlərin davamlı və sistematik şəkildə həbsinə etiraz edərək, hazırda çalışan və təqaüdə çıxmış müəllimlərin maaşlarının artırılmasını, onlar arasında hüquq bərabərliyini tətbiq edilməsini istəyirlər. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar