SON XƏBƏRLƏR

İranda qaşqay mədəni fəal həbs edilib-VİDEO

2022.08.10, 07:15
İranda qaşqay mədəni fəal həbs edilib-VİDEO

Gunaz.tv

Bu barədə Qaşqay türklərinin orqanı olan "Baydaq" saytı xəbər verib.

 "Qayi" partiyasının katibi Ruhullah Muradi deyib ki, qaşqay mədəni fəalı Arəş Pənahpur Dərəşorlu Əli Xaməneyini tənqid edən video paylaşdığı üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

"Əldə etdiyimiz məlumatlara görə, Arəş Pənahpur Dərəşorlu iyulun 27-də təhlükəsizlik məmurları tərəfindən həbs edilərək İsfahan əyalətinin Şəhrza zindanına salınıb və ona fiziki. psixi işgəncələr verilib"-deyə, Muradi özünün sosial media hesabında yazıb.

Son vaxtlar qaşqay mədəni fəalı sosial mediada paylaşım edərək bir neçə İran rəsmisinin Əli Xameneyini "tanrının nişanı" adlandırmaların sərt tənqid edib.

Qeyd edək ki, Arəş Pənahpur Dərəşorlu İsfəndiyar oğlu, birinci dünya müharibəsi zamanı ingilislərə qarşı müqavimət hərəkatına başçılıq edən məşhur Nəsrullah xanın nəvəsidir.

Bununla yanaşı onun ailəsi məşhur qaşqay başçılarından olan Xosrov xanla birgə 1979-cu ildə inqilabın mollalar tərəfindən mənimsənilməsinə qarşı silahlı mübarizələrdə iştirak edib.

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar