SON XƏBƏRLƏR

İranda ağır qatar qəzası: Onlarla insan ölüb, yaralılar var

2022.06.08, 04:56
İranda ağır qatar qəzası: Onlarla insan ölüb, yaralılar var

Gunaz.tv

Məlumata görə, Məşhəd-Yəzd qatarının 5 vaqonu Abbasabad bölgəsində relsdən çıxıb.

Nəticədə 17 nəfər ölüb, 50 nəfər ağır bədən xəsarətləri alıb.

Yəzd əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədəli Məlikzadə mediaya verdiyi açıqlamada yaralılarının 16-nın durumunun ağır olduğunu və 4 nəfərin itkin düşdüyünü bildirib.

O, qəza baş verən bölgədə nəqliyyatın hərəkətinin çətinləşdiyini, bu üzdən xilasetmə işlərinin vaxt apardığını və hadisə yerinə 3 helikopterin cəlb olunduğunu deyib. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar