SON XƏBƏRLƏR

İranda ərzaq mallarının qiyməti 10 qat bahalaşa bilər

2022.03.29, 09:37
İranda ərzaq mallarının qiyməti 10 qat bahalaşa bilər

Gunaz.tv

O, son 5 il müddətində İranda bir çox məhsulların dəyərinin dəfələrlə artdığını deyərək, hazırkı hökumətin qeyri-peşəkar siyasəti nəticəsində bu il daha ağır iqtisadi şəraitin hakim olacağını söyləyib.

“Əsas element kimi neft və enerji qiymətlərinin artması ilə ABŞ və digər ölkələrdə inflyasiya yüksəlir. Dolların real dəyəri aşağı düşür ki, bu da xammal və ərzaq məhsullarının qlobal və daxili qiymətlərinə birbaşa təsir göstərəcək”-deyə, ekspert bildirib.

Ehsan Sultani cari ilin sonuna kimi İranda dolların məzənnəsinin daha çox yüksələcəyini və bunun ölkənin bütün iqtisadi sahələrinə mənfi təsir göstərəcəyini düşünür.

Onun dediyinə görə, hazırkı bahalıq və inflyasiyanın səviyyəsinə görə, İranda əmək haqlarının 300% qaldırılacağı təqdirdə də əhalinin məişət problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması mümkün olmayacaq. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar