SON XƏBƏRLƏR

İranda ərzaq mallarının yenidən 60 faiz bahalaşması gözlənilir

2022.04.14, 13:36
İranda ərzaq mallarının yenidən 60 faiz bahalaşması gözlənilir

Gunaz.tv

İqtisadçı ekspert, dolların 4200 tümənlik dövlət məzənnəsinin ləğvi nəticəsində ərzaq qiymətlərinin daha 60 % artacağını və bunun cəmiyyətin aşağı təbəqələri üçün böyük faciə olacağını deyib.

Albert Boğaziyan hökumətin dolların 4200 tümənlik dövlət məzənnəsinin ləğvindən sonra aztəminatlı ailələrə iqtisadi basqıların daha çox artdığını, gündəlik məişət problemlərinin vətəndaşları sarsıtdığını söyləyib.

O, bu il dolların məzənnəsinin yüksəldilməsi ehtimalına toxunaraq idxal olunan malların qiymətinin 5 dəfə çoxalacağını və bu səbəbdən ərzaq, əsas mallar və digər məhsulların qiymətlərinin də yüksələcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə gün öncə İanın başqa tanınmış iqtisadçı mütəxəssisi Ehsan Sultani yeni günəş ilində ölkədə ərzaq mallarının qiymətinin 10 qata bahalaşacağı barədə danışıb.

O, son 5 il müddətində İranda bir çox məhsulların dəyərinin dəfələrlə artdığını deyərək, hazırkı hökumətin qeyri-peşəkar siyasəti nəticəsində bu il daha ağır iqtisadi şəraitin hakim olacağını söyləyib.

“Əsas element kimi neft və enerji qiymətlərinin artması ilə ABŞ və digər ölkələrdə inflyasiya yüksəlir. Dolların real dəyəri aşağı düşür ki, bu da xammal və ərzaq məhsullarının qlobal və daxili qiymətlərinə birbaşa təsir göstərəcək”-deyə, ekspert bildirib.

Ehsan Sultani cari ilin sonuna kimi İranda dolların məzənnəsinin daha çox yüksələcəyini və bunun ölkənin bütün iqtisadi sahələrinə mənfi təsir göstərəcəyini düşünür.

Onun dediyinə görə, hazırkı bahalıq və inflyasiyanın səviyyəsinə görə, İranda əmək haqlarının 300% qaldırılacağı təqdirdə də əhalinin məişət problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması mümkün olmayacaq.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar