SON XƏBƏRLƏR

İranda sünni məzhəbli din xadimi öldürülüb

2022.12.10, 13:03
İranda sünni məzhəbli din xadimi öldürülüb

Gunaz.tv

Sistan və Bəlucistan əyalətində Tehran rejiminə qarşı ictimai etirazlar davam etdiyi bir vaxtda, hökumət rəsmiləri Xaş şəhərində tanınmış cümə imamı Mövləvi Abdulvahid Riginin naməlum şəxslər tərəfindən öldürüldüyünü bildiriblər.

Rəsmi məlumatda sünni din xadiminin oğurlanaraq aparıldığını və qətlə yetirildiyini iddia edilir.

Bəluç fəalları və siyası təşkilatları hökumətin bu qətllə bağlı məlumatına şübhə ilə yanaşaraq, bunu Sistan və Bəlucistan əyalətində parçalanma yaratmaq, həmçinin hökumətin bölgədəki müxaliflərini sıxışdırmaq üçün bəhanə kimi dəyərləndiriblər.

Dekabrın 8-i axşam saatlarında qaçırıldığı bildirilən məşhur Mövləvilər nəslinin nümayəndəsi Mövləvi Abdulvahid Rigi Tehran hökumətinin etirazçılara qarşı repressiyalarına bəraət qazandırmış və Əli Xameneyinin dəstəklədiyini bildirmişdi. (axar.az)

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar