SON XƏBƏRLƏR

Xurrəmabad şəhərində məmurların təzyiqlərinə etiraz edən səyyar satıcı özünü yandırıb

2022.02.04, 08:25
Xurrəmabad şəhərində məmurların təzyiqlərinə etiraz edən səyyar satıcı özünü yandırıb

Gunaz.tv

Məlumata görə, məmurlar onu döydükdən sonra mallarını müsadirə etməyə çalışıb. Buna etiraz edən satıcı intihara cəhd edib. Onun bu addımı ətrafdakı insanları da hərəkətə gətirib. Onlar hökumət məmurlarına qarşı etiraz çağırışları səsləndirib. Təhlükəsizlik qüvvələri ilə insanlar arasında qarşıdurma yaşanıb.

Ətrafdakı insanların müdaxiləsi ilə səyyar satıcı söndürülüb. Satıcı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xurrəmabadın icra başçısı (fərmandar) Cəfər Tulabi mediaya verdiyi açıqlamada adı açıqlanmayan 45 yaşlı satıcının intihar cəhdini təsdiqləyib və “məmurların öz peşə orclarını yetirdiklərini” deyərək, satıcıların döyülməsinə bəraət qazandırıb.

Bununla yanaşı eyni gündə Təbrizdə də oxşar hadisə baş verib və səyyar satıcılarla məmurlar arasında toqquşma olub.

Qeyd edək ki, son aylar Təbrizin bir neçə bölgəsində oxşar hadisələr baş verib və bununla bağlı səyyar satıcılar Təbriz bələdiyyəsinin mühafizə bölməsinin qarşısına toplaçaraq etiraz aksiyası keçiriblər.

Bələdiyyənin mühafizə bölməsinin qarşısına toplaşan etirazçılar “Səyyar satıcılıq cinayət deyil” kimi şüarlar səsləndirib, plakatlar açıblar.

Bələdiyyə səyyar satıcılara fəaliyyət üçün xüsusi yerlər ayırmaq barədə tədbirlər görmək planının olduğunu desədə, bu günə kimi bu gerçəkləşməyib.

Xüsusilə bir neçə ildir ki, belə halların baş verməsi adi hal alıb.
Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar