SON XƏBƏRLƏR

İranda saxlanılan Fransa vətəndaşlarına qarşı ittiham irəli sürülüb

2022.07.06, 10:44
İranda saxlanılan Fransa vətəndaşlarına qarşı ittiham irəli sürülüb

Gunaz.tv

O, fransalıların İran daxilində əlaqələndiricilərinin olduğunu və onların müəyyənləşdirilməsi üçün təhqiqatlar aparıldığını söyləyib.

Mayın 16-da İran televiziyası Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə istinadən iki Fransa vətəndaşının İranda müəllim və işçi aksiyaları ilə əlaqəli olduqları barədə iddialar səsləndirmiş, fransalı cütlüyün casus olduqlarını iddia etmişdi.

Qeyd edək ki, Fransa Əmək Təşkilatının Təhsil və Mədəniyyət Federasiyasının üzvü olan fransalı Sisil Kuler və onun həyat yoldaşı Jak Pari İrana turist vizası ilə gəzməyə gediblər. 

 Fransa Xarici İşlər Nazirliyi vətəndaşlarının İran hökuməti tərəfindən girov götürülməsinə münasibət bildirib.

XİN Fransa dövlətinin bu həbsi əsassız saydığını, həbs olunan iki vətəndaşının dərhal azadlığa buraxılmasını tələb edib.

İran hökuməti son illərdə çoxlu sayda əcnəbi və ikili vətəndaşlığı olan şəxsləri müxtəlif ittihamlarla, o cümlədən casusluq, xarici təhlükəsizlik orqanları ilə əməkdaşlıq və ya rejimə qarşı fəaliyyət göstərməkdə saxlayıb və bu şəxslərin bəziləri başqa ölkələrdəki iranlı məhbuslarla dəyişdirilib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar