SON XƏBƏRLƏR

İranda serum qıtlığı yaranıb

2022.09.15, 10:22
İranda serum qıtlığı yaranıb

Gunaz.tv

Mediaya verdiyi açıqlamada  Əli Fatimi serum istehsalı və idxalında yaranan problemlərləbağlı serumun yalnız az sayda dövlət apteklərinə verildiyini söyləyib.

Əczaçılar Assosiasiyasının vitse-prezidenti Daha sonra dərmanların strateji ehtiyatlarına toxunan Əczaçılar Assosiasiyasının vitse-prezidenti bildirib ki, koronavirusun yayıldığı iki il ərzində bu ehtiyatlar sıfıra çatıb və hazırda ölkədə yalnız istehlaka bəs edəcək miqdarı var. 

Son günlər İran xəstəxanalarında serum çatışmazlığı ilə bağlı çox saylı məlumatlar yayılmış və xəstə yaxınların sosial mediada hökuməti adi serum təminatında çətinlik çəkdiyini yazıblar.

Bir müddət bundan öncə İran parlamentinin Səhiyyə və Tibb Komissiyasının üzvü Əbdülhüseyn Ruholəmini ölkədə 356 adda dərmanın tapılmadığını və dərman çatışmazlığının böhran mərhələsinə çatdığını deyib.

O, məsələ ilə bağlı Səhiyyə Nazirliyi məsullarının cavabdehlik daşımadıqları söyləyib və onların hətta impiçment təhdidləri qarşısında belə reaksiya vermədiklərindən heyrətləndiyini bildirib.

Millət vəkili bundan öncəki və indiki səhiyyə nazirlərinin ümumi səhiyyə siyasətlərini həyata keçirə bilmədikləri üçün mühakimə olunmalarını istəyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar