SON XƏBƏRLƏR

İranda İsfahan etirazlarında kor edilən aksiyaçılara dəstək kampaniyasına başlanılıb

2021.11.30, 13:51
İranda İsfahan etirazlarında kor edilən aksiyaçılara dəstək kampaniyasına başlanılıb

Gunaz.tv

Sosial şəbəkələrdə edilən çağırışların ardınca noyabrın 29-dan başlanan dəstək kampaniyasına, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə yaşayan çoxlu sayda İran vətəndaşı qatılıb.

Aksiyaya övladları 2019-cu ildə benzinin qiymətinin üç dəfə bahaşmasına qarşı ölkədə keçirilən dinc etirazlarda rejim və SEPAH-çılar tərəfindən qətlə yetirilən gənc etirazçılar Nəvid Behbudi, Pejman Qolipur və digər şəhid anaları da qatılıb. 

Onlar gözlərindən birini sarğı ilə bağlayaraq, İsfahan etirazlarında molla rejimi tərəfindən kor edilən aksiyaçı fermerlərə və digər insanlara dəstək nümayiş etdiriblər. 

Şəhid anaları bağlı şəkillərini sosial şəbəkələrdə yayaraq, İsfahan etirazlarında gözündən və başqa yerlərindən güllə yarası alanlara mesaj da göndəriblər.

“İsfahanın yaralı övladları bizim öz övladlarımız kimidir. Biz onların çəkdiyi acı və dərdin unudulmasına imkan veməyəcəyik”, -deyə şəhid anaların yaydığı birgə mesajında bildirilir. 

Xatırladaq ki, noyabrın 26-da və sonrakı günlərdə İranın İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3  əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin yaxın məsafədən etirazçı fermerlərə açdığı atəş nəticəsində saçma güllələrdən ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözdən kor olublar. İki gözdən kor olanlardan biri isə 15 yaşlı bir yeniyetmədir.

در «جمعه خونین اصفهان» دست‌کم ۳۰ نفر از ناحیه چشم آسیب دیدند؛ اژه‌ای  کشاورزان را «بدخواه» و «وابسته به خارج» خواند! | KayhanLondon کیهان لندن

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar