SON XƏBƏRLƏR

İranda son bir neçə gündə daha 26 məhkum edam edilib

2022.05.28, 06:35
İranda son bir neçə gündə daha 26 məhkum edam edilib

Gunaz.tv

Qurum hökumətin məhkumların edam prosesini sürətləndirməsindən narahat olduğunu bildirib.

Təşkilat 17-27 may arası İranın 11 əyalətində həyata keçirilən edamlardan 8-nin Kərəc, 3-ün Minab, 3-ün Amol, 2-nin Zahidan, 2-nin Şiraz şəhərlərində icra edildiyini yazıb.

Bununla yanaşı Qum, Dəstgird, Şirvan, Kərəc, Məşhəd, Qərçək və Zəngan şəhərlərinin hər birində bir məhkumun asıldığını qeyd edib.

Edam edilənlərdən 12 nəfəri narkotik maddələrin alveri, 13 nəfər qətl və 1 nəfər isə silahlı soyqunda ittiham olunduqları üçün dar ağacından asılıblar.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı mayın 24-də yaydığı hesabatda 2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edildiyini, son bir ildə İranda icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54%-ni təşkil etdiyini bildirib. 

Cavid
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar