SON XƏBƏRLƏR

İranda sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edilib

2022.08.20, 08:05
İranda sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edilib

Gunaz.tv

Son bir neçə gün ərzində çoxlu sayda iranlı istifadəçi “Irancell” və “Həmrahe əvvəl” operatorlarının bəzi sosial şəbəkələrə, o cümlədən Telegram və Twitter-ə çıxışının kəsilməsi və Instagram sosial şəbəkəsinin filtrasiyasından keçdiyini bildirib.

Bu istifadəçilərin dediyinə görə, Telegram və Twitter-a giriş kodları olan mətn mesajları "Irancell" və "Həmrahe əvvəl" operatorlarında filtrdən keçirilir və sahiblərinə çatmır.

Sosial şəbəkələr istifadəçilərin təhlükəsiz girişi üçün “iki addımlı autentifikasiya” metodundan istifadə edir ki, bura müvəqqəti parolun göndərilməsi də daxildir, ancaq bu parollar son iki gündə çoxlu sayda iranlı istifadəçiyə çatmayıb.

Bu yolla İranda istifadəçi sosial şəbəkələrdəki hesabından çıxarsa, yenidən daxil ola bilməyəcək.

İran hökumətinin “Təhlükəsizlik Planı” kimi tanınan internet məhdudiyyəti siyasətlərinin bir hissəsi olduğu deyilən bu məhdudiyyətlələ bağlı artan narahatlıqlara baxmayaraq, Rabitə Nazirliyi və ona bağlı infrastruktur şirkətləri yeni məhdudiyyətlərlə bağlı hələlik açıqlama verməyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar