SON XƏBƏRLƏR

İranın onlarla şəhərində etiraz aksiyaları başlandı-VİDEO

2022.02.19, 08:04
İranın onlarla şəhərində etiraz aksiyaları başlandı-VİDEO

Gunaz.tv

İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra başlayan aksiyada müəllimlər bundan öncə irəli sürdüklıəri istəklərinin yerinə yetirilmədiyi bildiriblər.

Bundan öncə keçirilən mitinq və tətil aksiyalarında müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə qanununun icrasını, siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər. 

Xatırladaq ki, son bir neçə ayda İranın yüzlərlə şəhərində müəllimlər və təqaüdçülərin müxtəlif etiraz aksiyaları keçirilib, onlarla nəfər həbs edilib.

Yanvar ayının 30-da İranın 300-dən çox şəhərində keçirilən oturaq aksiya zamanı müəllimlər və təqaüdçülər bird aha tələbləri yerinə yetirilməyincə, dinc etirazlarını bundan sonra da davam etdirəcəklərini bildiriblər. 

 


C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar